Mingəçevir şəhərində beşmərtəbəli yaşayış binasının beşinci mərtəbəsində yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən (FHN) Lent.az-a verilən məlumata görə, ümumi sahəsi 30 m² olan 2 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 12 m² sahədə, hamam otağının plastikdən ibarət qapısı və 1 ədəd kondisioner yanıb.
Yüksək temperaturdan dəhliz 4 m² sahədə qarsalanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;