Mingəçevir su anbarında qayıqda köməksiz qalanlar xilas edilib.
Lent.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytina istinadla xəbər verir ki, qurumun 112 - qaynar telefon xəttinə Mingəçevir şəhəri yaxınlığında, Mingəçevir su anbarında 3 nəfərin qayıqda köməksiz vəziyyətdə qalması (hava şəraitinin pisləşməsi və suyun dalğalı olması ilə əlaqədar olaraq) barədə məlumat daxil olub.
Xilasetmə məntəqəsindən təxminən 5 kilometr aralı, nəzarətsiz ərazidə içərisində 3 nəfərin olduğu qayıq nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri tərəfindən yedəyə alınaraq sahilə çıxarılıb.