Meyvə yığmaq üçün dağa getdi, meyiti tapıldı - Qəbələdə müəmmalı ölüm
06 dekabr 2023 11:27 (UTC +04:00)

Meyvə yığmaq üçün dağa getdi, meyiti tapıldı - Qəbələdə müəmmalı ölüm

Qəbələ dağlarında kişi meyiti tapılıb. 

Lent.az-ın məlumatına görə, araşdırmalar nəticəsində meyiti tapılan şəxsin Qəbələ şəhər sakini, 1958-ci il təvəllüdlü Yasər Həsənov olması müəyyən edilib.

Araşdırmalarla o da müəyyən edilib ki, Yasər Həsənov bir neçə gün əvvəl meyvə yığmaq adı ilə dağa gedib. Onun qayıtmadığını görən yaxınları polisə məlumat veriblər.  Aparılan axtarışlar nəticəsində Yasər Həsənovun cansız bədəni tapılıb. 

Faktla bağlı araşdırma aparılır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4150

Oxşar yazılar