Meyitxanada  QALMAQAL:   Direktora orqan ticarəti  İTTİHAMI
20 aprel 2025 14:13 (UTC +04:00)

Meyitxanada QALMAQAL: Direktora orqan ticarəti İTTİHAMI

Harvard Tibb məktəbinin meyitxanasının keçmiş rəhbəri ölənlərin orqanlarını kolleksiyaçılara satdığını etiraf edib. Məhkəmə onu 10 il müddətinə azadlıqdan məhrum edə bilər.

Harvard Tibb məktəbinin meyitxanasının keçmiş rəhbəri Sedrik Lodc elmi araşdırmalar üçün instituta bağışlanan ölülərin cəsəd hissələrinin qeyri-qanuni ticarətində günahını etiraf edib.

Lent.az bildirir ki, bu barədə “The New York Times” məlumat yayıb.

57 yaşlı Lodc 2023-cü ilə qədər meyitxanaya rəhbərlik edib. Müstəntiqlərin sözlərinə görə, beş il ərzində o, orqanları - beyinləri, dəriləri, sümükləri oğurlayıb və arvadının da daxil olduğu cinayət şəbəkəsi vasitəsilə kolleksiyaçılara satıb. Bəzən alıcıları hətta meyitxanaya da dəvət ediblər ki, onlar “məhsulu” özləri seçə bilsinlər.

Aprelin 18-də həmin şəxs bir ittiham üzrə özünü təqsirli bilib. Onu 10 ilə qədər həbs və 250 min dollara qədər cərimə gözləyir. Artıq prokurorluq cəzanın yüngülləşdirilməsini tövsiyə edib. Yekun qərarı məhkəmə verəcək.

Ümumilikdə 7 nəfərdən 6-sı bədən hissələrinin qanunsuz dövriyyəsinə görə cinayət məsuliyyətinə cəlb edilib; onlar artıq təqsirli olduqlarını etiraf ediblər və ya istintaqla işbirliyinə gediblər. İstintaq davam edir.

Harvard Tibb məktəbinin dekanı Corc Deyli keçmiş əməkdaşın hərəkətlərini “mənəvi cəhətdən rüsvayçılıq” adlandırıb və həlak olanların ailələrinə başsağlığı verib.

"Sedrik Lodcun cinayət əməlləri təhsil və tədqiqatın inkişafı üçün cəsədlərini Harvard Tibb məktəbinə fədakarcasına bağışlamağı seçən insanlar üçün mənəvi rüsvayçılıq və xəyanət idi. Lodc günahını boynuna almağa və törətdiyi cinayətlərə görə məsuliyyəti öz üzərinə götürməyə razı olsa da, bu, qurbanların ailələrinə çox az təsəlli verə bilər. Biz onlara dərin hüznlə baş sağlığımızı bildirməyə davam edirik", - Deyli söyləyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2530

Oxşar yazılar

Sumqayıtdakı yanğında 22 nəfər təxliyə olundu - YENİLƏNİB

Sumqayıtdakı yanğında 22 nəfər təxliyə olundu - YENİLƏNİB

21 iyul 2025 , 00:59
Avtomobil 100 metrdən dərəyə uçdu, 3 yaralı

Avtomobil 100 metrdən dərəyə uçdu, 3 yaralı

20 iyul 2025 , 23:04
İranda saxlanılan avtobuslardan xəbər var - AÇIQLAMA

İranda saxlanılan avtobuslardan xəbər var - AÇIQLAMA

20 iyul 2025 , 22:28
Kürdə batan var - YENİLƏNİB

Kürdə batan var - YENİLƏNİB

20 iyul 2025 , 21:00
Ağstafada  kran aşdı, 3 nəfər...

Ağstafada  kran aşdı, 3 nəfər...

20 iyul 2025 , 20:23
Buzovna-Mərdəkan yolunda tıxac yarandı-SƏBƏB

Buzovna-Mərdəkan yolunda tıxac yarandı-SƏBƏB

20 iyul 2025 , 19:42
Beş aylıq uşaq qəfil öldü

Beş aylıq uşaq qəfil öldü

20 iyul 2025 , 19:16
Novxanıda dənizdə batan  uşaqların FOTOLARI -YENİLƏNİB

Novxanıda dənizdə batan uşaqların FOTOLARI-YENİLƏNİB

20 iyul 2025 , 19:09