Azərbaycanın tanınmış tikinti şirkətində əməliyyat keçirilib.
Lent.az-ın əldə etdiyi xəbərə görə, “A+A” Şirkətlər Qrupunun Bakıdakı ofislərində həyata keçirilən əməliyyatlar zamanı bir sıra qanunsuzluqlar aşkar edilib.
Aşkarlanan faktlarla bağlı Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 178-ci (dələduzluq) maddələri ilə cinayət işi başlanıb.
Əməliyyat zamanı saxlanılanların olduğu bildirilir.
Qeyd edək ki, “A+A” böyük tikinti şirkətidir.