Məşhur iş adamı  gəmidən yıxıldı:   9 gündür xəbər yoxdur
04 noyabr 2022 22:24 (UTC +04:00)

Məşhur iş adamı gəmidən yıxıldı: 9 gündür xəbər yoxdur

0

Dünyaca məşhur zərgərlik markasının Türkiyədə distribütoru olan məşhur iş adamı Dilek Ertek istirahət üçün Haitidə olarkən mindiyi gəmidən yıxılıb. 9 gündür Ertekdən xəbər yoxdur.

Lent.az-ın Türkiyə mediasına istinadla xəbərinə görə, Dilek Ertek oktyabrın 26-da tətilə getdiyi Haitidə dənizə düşüb. Axtarış səylərinə baxmayaraq Ertekin hələ də tapılmadığı öyrənilib.

Dilek Ertekin oğlu Gökçe Atukun vəkili Didem Konaş Büyükpınar açıqlama verib.

"Dilek Ertek səyahəti zamanı bədbəxt hadisə ilə üzləşib. Gəmi Sakit okeanda üzərkən Dilek Ertek oktyabrın 26-da dənizə düşüb. Təəssüf ki, Dilek Ertekin axtarışları bu günə qədər müsbət nəticə verməyib”. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2843

Oxşar yazılar