Məşhur çimərlikdə  başı kəsilmiş uşaq   meyiti TAPILDI
12 iyul 2023 12:50 (UTC +04:00)

Məşhur çimərlikdə başı kəsilmiş uşaq meyiti TAPILDI

İspaniyanın məşhur çimərliyində təmizlik işçisi bədəninin bir neçə üzvü və başı olmayan uşağın cəsədini tapıb.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, bu, iyulun 11-də səhər saatlarında Tarraqonadakı Roda de Berada "Kosta-Dorada" kurortunun çimərliyində baş verib. Təmizlik işçisi cəsədi taparaq səlahiyyətlilərə xəbər verib, daha sonra yerli polislə əlaqə saxlayıb.

Bildirilir ki, qalıqları ilk tapan insanlardan bəziləri əvvəlcə onun kukla olduğunu düşünüblər. Bu səbəbdən hüquq-mühafizə orqanlarının əməkdaşlarına bu barədə məlumat verməyiblər.

Uşağın qalıqları çürük vəziyyətdə olub və başı da daxil olmaqla bir neçə bədən hissəsi itkin düşüb. Yəqin ki, bədən hissələri çimərlikdə batıb.

“Hazırda təsdiq edə biləcəyimiz tək şey uşağın cəsədinin Tarraqona əyalətindəki "Roda de Bera" çimərliyində tapılmasıdır. Həyəcan siqnalı iyulun 11-i səhər saat 8:50-də qaldırılıb. İş hələ də araşdırılır”, - Mülki Qvardiyanın sözçüsü bildirib.

Hüquq-mühafizə orqanları bu ərazini mühasirəyə alaraq yerli sakinləri turistlərlə birlikdə başqa ərazilərə aparıblar. Bundan sonra istintaq hakimi meyitin götürülməsinə icazə verib.

Nəticədə məhkəmənin icazəsindən sonra qalıqlar yerli vaxtla təxminən 11:30-da çıxarılıb. Bundan sonra mütəxəssislər ölümün səbəbini müəyyən etmək üçün yarılma keçirməlidirlər.

Roda de Bara şəhərinin meri Pere Virgili jurnalistlərə bildirib ki, uşaq Aralıq dənizində batmış miqrantlarla eyni qayıqda ola bilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2103
avatar

Fidan İlqar

Oxşar yazılar