Məsciddə özünü öldürmək  istədi, imam imkan vermədi
25 iyul 2024 16:44 (UTC +04:00)

Məsciddə özünü öldürmək istədi, imam imkan vermədi

Türkiyədə məsciddə intihara cəhd hadisəsi olub.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Sakarya şəhərinin Sapanca qəsəbəsindəki məsciddə baş verib. Gecə namazından sonra bir nəfər bıçaq çıxararaq qollarını doğramaq istəyib. Bunu görən məscid imamı dərhal müdaxilə edərək, bıçağı onun əlindən alıb.

Hadisənin qarşısını alan imam 25 yaşlı Muharrem Kiraz bildirib ki, namazdan əvvəl onun əlində bıçaq görüb. Namazdan sonra gözünü ondan çəkməyib və get-gedə həmin şəxsə yaxınlaşıb. Onun bıçağı qoluna dirəyib kəsmək istədiyini gördükdə isə dərhal aləti əlindən alıb.

İmamın sözlərinə görə intihara cəhd edən şəxs əməlinin yanlış olduğunu başa düşüb və üzr istəyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2904
avatar

Oxşar yazılar