Mərkəzi Bank   əməliyyatlarını dayandırdı
19 avqust 2024 04:00 (UTC +04:00)

Mərkəzi Bank əməliyyatlarını dayandırdı

Liviya Mərkəzi Bankından verilən açıqlamada, İnformasiya Texnologiyaları üzrə menecer Musab Müslümün bu gün səhər saatlarında evinin qarşısında naməlum şəxslər tərəfindən qaçırıldığı və bəzi bank işçilərinin də təhdid edildiyi bildirilir.

APA xəbər verir ki, Liviya Mərkəzi Bankından verilən açıqlamada oğurlanan əməkdaşın azad edilməsinə və işinə geri dönməsinə qədər Mərkəzi Bankın bütün əməliyyatlarının dayandırıldığı qeyd olunur.

Açıqlamada Müslümün oğurlanmasının səbəbi ilə bağlı məlumat verilməsə də, hadisənin Mərkəzi Bankın prezidenti Siddiq əl-Kəbirin zor və hədə-qorxu ilə işindən uzaqlaşdırılması cəhdləri ilə başlandığı bildirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3294
avatar

Oxşar yazılar