Abşeronda şagirdin döyülməsi ilə bağlı araşdırma aparılır.
Bu barədə Lent.az-a Daxili İşlər Nazirliyi mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev məlumat verib.
Onun sözlərinə görə, rayonun Masazır qəsəbəsi ərazisində məktəblinin sinif yoldaşının atası və digər şəxslər tərəfindən döyülməsi ilə bağlı daxil olan müraciət əsasında polis əməkdaşları tərəfindən təhqiqat araşdırması aparılır:
"Tərəflər polis orqanına dəvət olunmaqla izahatları alınıb. Hadisə zamanı alınan xəsarətlərin dərəcəsini müəyyənləşdirmək məqsədilə müvafiq ekspertiza təyin olunub. Araşdırma davam etdirilir".
Xatırladaq ki, dünən sosial şəbəkələrdə və mediada Masazır qəsəbəsindəki məktəblərin birində şagirdin sinif yoldaşı yaxud atası tərəfindən döyülməsi barədə məlumatlar yayılıb.