Rostov-na-Donuda polis məmuru məhkəmə binasında kişiyə narkotik ötürməkdə şübhəli bilinir.
Lent.az Rusiya mediasına istinadla bildirir ki, hadisə Jeleznodorojnı rayon Məhkəməsinin binasında baş verib. Hüquq-mühafizə orqanlarının əməkdaşlarının sözlərinə görə, polis təqsirləndirilən şəxsə dörd növ qadağan olunmuş maddə, o cümlədən mefedron verib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları ilə söhbətində həmin şəxs bağlamaları necə aldığını izah edib.
Şübhəli şəxs barəsində vəzifə səlahiyyətlərindən sui-istifadə və qadağan olunmuş maddələrin yayılması maddələri ilə cinayət işi açılıb. Onu vəzifəsindən azad ediblər.