Bakı Apelyasiya Məhkəməsində "Toplum TV" işi üzrə saxlanılan Şahnaz Bəylərqızı barəsində verilmiş şikayətə baxılıb.
Lent.az xəbər verir ki, onun barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsinə dair birinci instansiya məhkəməsinin verdiyi qərar qüvvədə saxlanılıb.
Qeyd edək ki, Şahnaz Bəylərqızı fevralın 6-da həbs edilib.
O, qaçaqmalçılıqda ittiham olunur.