Maşın yanacaqdoldurma məntəqəsində  yanıb kül oldu,   sürücü...
30 noyabr 2021 10:39 (UTC +04:00)

Maşın yanacaqdoldurma məntəqəsində yanıb kül oldu, sürücü...

Xaçmazda avtomobil yanıb.

Fövqəladə Hallar Nazirliyindən Lent.az-a verilən xəbərə görə, hadisı Xaçmaz şəhərində, yanacaqdoldurma məntəqəsinin ərazisində qeydə alınıb. “DAF” markalı qoşqulu yük avtomobilinin yanar hissələri və qismən qoşqusu yanıb. Yanğın zamanı sürücü müxtəlif yanıq xəsarətləri ilə Təcili və Təxirəsalınmaz Tibbi Yardım tərəfindən xəstəxanaya aparılıb. Qoşqunun qalan hissəsi və yanacaqdoldurma məntəqəsi yanğından mühafizə olunub.

Yanğın söndürülüb.

# 1587
avatar

Mehman Nəbiyev

Oxşar yazılar