Sabirabadda sexdə ölüm hadisəsi baş verib.
Lent.az xəbər verir ki, hadisə şəhərdə yerləşən fərdi avtomobil sexində qeydə alınıb.
Belə ki, 1977-ci il təvəllüdlü Cahangir Knyaz oğlu Rüstəmovun sexin həyətində qəflətən halı pisləşib. Xəstəxanaya çatdırılsa da həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.