Masallıda kişi ehtiyatsızlıqdan özünü güllələyib.
Lent.az xəbər verir ki hadisə iyulun 30-da Xıl kəndində baş verib.
Masallı rayon sakini B. Hüseynov yaşadığı evin həyətində ehtiyatsızlıqdan ov tüfəngindən açdığı atəş nəticəsində sağ bud nahiyəsindən xəsarət alıb. B.Hüseynova xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.
Ondan babasından qalmış müvafiq səbədləri olmayan 1 ədəd “Tula” markalı ov tüfəngi götürülüb.
Araşdırma aparılır.