Masallıda həyətdə yıxılan qadın ölüb.
Lent.az xəbər verir ki, hadisə Xil kəndində qeydə alınıb. 64 yaşlı Babayeva Nabat Ərəstun qızı yaşadığı evin həyətində yıxılaraq ağır xəsarətlər alıb.
Xəstəxanaya yerləşdirilən qadın orada ölüb.
Faktla bağlı araşdırma aparılır.