Yanvarın 4-də saat 00:20-də 30 yaşlı qadın dəqiqləşdirilməmiş meningit diaqnozu ilə Masallı rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib.
Bu barədə Lent.az-a TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, vəziyyəti ağır qiymətləndirilən şəxsə bütün zəruri tibbi müdaxilələrin göstərilməsinə baxmayaraq, yanvarın 10-da saat 09:40-da ölüm faktı qeydə alınıb.
Qeyd edək ki, mətbuatda qadının zəhərlənib ölməsilə bağlı məlumatlar yayılıb.
***
11:53
Masallıda gənc qadın dərmandan zəhərlənib.
Lent.az xəbər verir ki, Babaser kənd sakini 30 yaşlı Ağayeva Dünya Güləbala qızı yanvarın 4-də naməlum dərmandan zəhərlənib. O, zəhərlənmə diaqnozu ilə Masallı rayon Mərkəzi Xəstəxanasında yerləşdirilib.
Lakin görülən tədbirlərə baxmayaraq, o, yanvarın 10-da həmin xəstəxanada ölüb.
Araşdırma aparılır.