Marketi təmir edən usta ödəmə terminalını sındırıb pulu oğurladı
21 avqust 2024 11:58 (UTC +04:00)

Marketi təmir edən usta ödəmə terminalını sındırıb pulu oğurladı

Abşeronda ödəmə terminalı qarət olunub.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, avqustun 19-u saat 17 radələrində Xırdalan şəhərində yerləşən marketlərin birində quraşdırılmış ödəmə terminalının sındırılaraq 550 manat oğurlanması barədə polisə məlumat daxil olub.

Abşeron rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində hadisəni törətmiş marketi təmir edən usta Xalid Xubalıyev saxlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 636
avatar

Oxşar yazılar