"Magerramoff" həbs edildi
22 iyul 2022 18:21 (UTC +04:00)

"Magerramoff" həbs edildi

Qadınlara qarşı tərbiyyəsizlik edən Tik-Tok fenomeni Əmrah Məhərrəmov həbs edilib. 

Lent.az-ın əldə etdiyi xəbərə görə, Ə.Məhərrəmov bu gün məhkəmə qarşısına çıxarılıb. Məhkəmənin qərarı ilə ona 20 sutka həbs cəzası verilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov Lent.az-a faktı təsdiqləyib. 

Bildirib ki, həmin görüntülər sosial şəbəkələrdə yayılandan sonra polis tərəfindən dərhal araşdırma aparılıb və həmin videonun müəllifinin Əmrah Məhərrəmov olması müəyyən edilərək saxlanılıb. Onun barəsində toplanmış materiallar məhkəməyə təqdim edilib. Məhkəmənin qərarı ilə o, inzibati qaydada həbs edilib.

Qeyd edək ki, Nabranda yerləşən istirahət mərkəzlərindən birində video çəkərək insanlara qarşı alçaldıcı ifadələr işlədən şəxsin görüntüləri yayılıb. Əmrah Məhərrəmov özünə məxsus olan "Magerramoff" adlı profillə Tik-Tok platformasında hovuzda çimən qadınları canlı yayımda videoya çəkərək onu izləyən şəxslərə "hansınızın bacısıdır, deyin çəkməyim, qeyrət çəkənlər hanı?" şəklində ifadələr işlədib. 

# 6270
avatar

Oxşar yazılar