Ukrayna Milli Polisi iki tanınmış "qanuni oğru"nu həbs edib.
Lent.az-ın yerli KİV-ə istinadən məlumatına görə, "Umka" və "Laşa Svan" ləqəbli "qanuni oğrular" Odessa şəhərində nəzarəti ələ keçirmək üçün bu ölkəyə gəliblərmiş. Onlar Odessada bir sıra görüşlər keçirməli idilər.
Xatırladaq ki, "Umka" və "Laşa Svan" "Lotu Quli"yə yaxın "qanuni oğrular"dan sayılırlar. Hələ Rusiya-Ukrayna müharibəsindən əvvəl də, Qulinin sağlığında belə Odessaya nəzsrət uğrunda qanlı müharibələr gedirdi.
Xatırladaq ki, bir neçə ay əvvəl Odessa uğrunda gedən kriminal müharibədə "Lotu Quli"nin yaxın adamı güllələnərək qətlə yetirilib.