Lökbatanda oğurluq edən Kürdəmir sakini tutuldu
18 dekabr 2023 11:47 (UTC +04:00)

Lökbatanda oğurluq edən Kürdəmir sakini tutuldu

Lökbatanda oğurluq hadisəsi baş verib. 

Lent.az xəbər verir ki, Qaradağ rayon Polis İdarəsi 10-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə müxtəlif vaxtlarda Lökbatan qəsəbəsi ərazisində “VAZ” markalı 5 avtomobildən ümumilikdə 2230 manat dəyərində geyim əşyaları, pul və 5 ədəd mobil telefon oğurlamaqda şübhəli bilinən Kürdəmir rayon sakini 35 yaşlı Z.Vəliyev müəyyən olunaraq saxlanılıb. 

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3480

Oxşar yazılar