Lökbatanda bıçaqlanma
06 aprel 2023 23:32 (UTC +04:00)

Lökbatanda bıçaqlanma

0

Bakının Qaradağ rayonunda bıçaqlanma hadisəsi baş verib.

Lent.az APA-ya istinadla xəbər verir ki, hadisə Lökbatan qəsəbəsində qeydə alınıb.

2001-ci il təvəllüdlü Adıgözəlzadə Malik Şahin oğlu tanışı ilə əlbəyaxa dava edib. O, dava zamanı bıçaqlanıb. Yaralı döş qəfəsinin kəsilmiş-deşilmiş xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktı Qaradağ Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2938

Oxşar yazılar