Nərimanovda hündürmərtəbəli yaşayış binasında baş verən yanğın zamanı 2 vətəndaş tüstüdən zəhərlənib.
APA-nın xəbərinə görə, bunu Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini Əkbər Novruzov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, yanğın zamanı 40-dan çox vətəndaş təxliyə olunub.