Lerikdə bədbəxt hadisə baş verib.
Lent.az APA-ya istinadla bildirir ki, Lerik rayon Kaqo kənd sakini 51 yaşlı İlham Mikayıl oğlu Əliyev səhər sübhdən odun yığmaq üçün meşəyə gedib.
Odun yığarkən iri gövdəli çürümüş ağac onun üstünə aşıb. İ.Əliyev aldığı xəsarətlərdən hadisə yerində ölüb. Onun meyiti yaxınları tərəfindən aşkarlanıb.
Meyit daxili və xarici müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.