Lerikdə 17 yaşlı oğlan çayda boğuldu
12 avqust 2023 16:59 (UTC +04:00)

Lerikdə 17 yaşlı oğlan çayda boğuldu

Lerikdə 17 yaşlı oğlan çayda boğularaq ölüb.

Lent.az APA-ya istinadla xəbər verir ki, hadisə Piran kəndi ərazisində qeydə alınıb. Biləsuvar rayonundan Lerikə istirahətə gedən qohumlar istirahət mərkəzlərinin birində dayanıblar. Ailə üzvlərindən biri 2006-cı il təvəllüdlü Allahverdi Nihad oğlu Mehdiyev ərazidən keçən çayda çimərkən boğulub. A.Mehdiyev sudan çıxarılaraq təcili tibbi yardım avtomobili ilə Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Meyit müayinə olunması üçün aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Lerikdə 17 yaşlı oğlan çayda boğularaq ölüb

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2241
avatar

Oxşar yazılar