Lənkəran rayonunda azyaşlının əli ət maşınında qalıb.
Lent.az xəbər verir ki, bu barədə məlumatı Fövqəladə Hallar Nazirliyi yayıb.
Nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən, Lənkəran şəhərində bir nəfər azyaşlının əli ətçəkən maşında sıxılı vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan Cənub Regional Mərkəzinin xilasetmə qüvvələri həkim nəzarəti altında azyaşlının əlini ətçəkən maşından çıxarıblar.