Lənkəranda avtoqəza:  bir ailənin 5 üzvü xəsarət aldı
03 iyun 2021 00:50 (UTC +04:00)

Lənkəranda avtoqəza: bir ailənin 5 üzvü xəsarət aldı

Lənkəranda istirahətdən qayıdan qohumlar qəzaya düşüb.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, avtoqəza rayonun Aşağı Nüvədi qəsəbəsi ərazisində baş verib.

1999-cu il təvəllüdlü Yusif Nəhmətovun idarə etdiyi "VAZ 2104" markalı avtomobil qəzaya uğrayıb. Avtomobildə olan sərnişinlər - 1967-ci il təvəllüdlü Rasif Cəfər oğlu Qəmbərov, 1975-ci il təvəllüdlü Naibə Balağa qızı Qəmbərova, 1977-ci il təvəllüdlü Sahibə Balağa qızı Həsənova, 2003-cü il təvəllüdlü İlqarə İbrahim qızı Həsənova və 2013-cü il təvəllüdlü Asim Rasim oğlu Qəmbərov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

# 1176
avatar

Oxşar yazılar