Lənkəranda baş verən qəzada yaralananların SAYI ARTDI
03 sentyabr 2024 02:01 (UTC +04:00)

Lənkəranda baş verən qəzada yaralananların SAYI ARTDI

Lənkəranda baş verən qəzada xəsarət alanların sayı dördə çatıb.

Lent.az APA-ya istinadən xəbər verir ki, "Tayota Prius"un sürücüsü Lənkəran şəhər sakini 2003-cü il təvəllüdlü Rafiq Nizami oğlu Əliyev və "VAZ-21015" markalı minik avtomobilinin sürücüsü Lənkəran şəhər sakini 1964-cü il təvəllüdlü Davud Zəkiulla oğlu Mənsiyev də müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.

***
00:54




Lənkəranda yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə gecə saatlarında köhnə Ələt-Astara magistralında, Lənkəran rayonu ərazisində qeydə alınıb.

"Toyota Prius" markalı minik avtomobili "VAZ-21015" markalı minik avtomobili ilə toqquşub.

Qəza nəticəsində iki nəfər Lənkəran rayonunun Liman şəhər sakini 1982-ci il təvəllüdlü Rəşad Mirzağa oğlu Seyfullayev və Lənkəran rayonunun Göyşaban kənd sakini 1994-cü il təvəllüdlü Anar Tərlan oğlu Əskərzadə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılıblar.

Hazırda onların müalicəsi təcili tibbi yardım şöbəsində davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 378
avatar

Oxşar yazılar