Laçın-Xankəndi yolu: Aksiyanın 45-ci  günü -FOTO
25 yanvar 2023 08:10 (UTC +04:00)

Laçın-Xankəndi yolu: Aksiyanın 45-ci  günü -FOTO

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının, xüsusilə Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarının qanunsuz istismarına etiraz olaraq ekofəallar və QHT təmsilçiləri Şuşa şəhərində - Laçın-Xankəndi yolunda aksiyanı davam etdirir.

Lent.az-ın APA-ya istinadla məlumatına görə, havanın şaxtalı olmasına baxmayaraq aksiya səhərə qədər davam edib.  

Aksiya iştirakçıları günə Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Ekofəallar aksiyanın 45-ci günündə də etirazlarını davam etdirir, müxtəlif şüarlar səsləndirirlər.

Qeyd edək ki, aksiya ötən il dekabrın 12-dən başlayıb.
 

# 1452
avatar

Oxşar yazılar