Kürdəmirdə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Lent.az-ın APA-ya istinadən xəbərinə görə, hadisə Ağsu -Kürdəmir yolunun rayonun Qaraqocalı kəndindən keçən hissəsində qeydə alınıb.
Şəmkir rayon sakini Əhmədov Şükran Rəvan oğlu idarə etdiyi "Chevrolet" markalı avtomobillə yolu keçmək istəyən piyada, Kürdəmir rayon Çıxımlı kənd sakini, 72 yaşlı İbrahimov Əhmədağa Əlövsət oğlunu vurub.
Yaralı Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıb. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb və dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.