Kür çayında meyiti tapılanın adı  AÇIQLANDI  - YENİLƏNİB
10 iyul 2021 11:08 (UTC +04:00)

Kür çayında meyiti tapılanın adı AÇIQLANDI - YENİLƏNİB

Salyanda Kür çayından meyiti tapılan şəxsin kimliyi müəyyən edilib.

Lent.az APA-ya istinadla bildirir ki, iyulun 10-da səhər saatlarında Kür çayında, Salyan şəhindəki körpünün yaxınlığında meyiti tapılan şəxs rayon sakini Nəcəfov Murad Əsəd oğludur. Meyitin xarici müayinəsi zamanı üzərində zorakılıq əlamətləri aşkar olunmayıb.

Faktla bağlı araşdırma gedir.

***

09:56

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Kür çayının Salyan rayonundan keçən hissəsində aşkarlanan naməlum kişi meyitinin çıxarılmasına köməklik göstərilməsi üçün müraciət daxil olub.

Lent.az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görƏ, müraciətlə əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu əraziyə cəlb olunub. Həyata keçirilən tədbirlər nəticəsində meyit çaydan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.​

***

08.08

İyulun 10-da səhər saatlarında Kür çayında Salyan şəhərində körpünün yaxınlığında təxminən 25-30 yaşlarında kişi meyiti tapılıb.

Lent.az-ın APA-ya istinadla məlumatına görə, meyit çaydan çıxarılaraq Salyan morquna təhvil verilib.

Meyitin kimə məxsus olduğu və həmin şəxsin hansı şəraitdə öldüyü istintaq tərəfindən araşdırılır.

Faktla bağlı araşdırma gedir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3183
avatar

Oxşar yazılar