Koronavirusdan ölən pensiyaçını qarət edib çipsi aldı
11 iyun 2021 19:42 (UTC +04:00)

Koronavirusdan ölən pensiyaçını qarət edib çipsi aldı

İngiltərənin Birminqem şəhərindəki bir xəstəxananın əməkdaşı COVID-19-dan vəfat etmiş bir təqaüdçinin bank kartını oğurlayıb və cipsi alıb.

Lent.az xarici mediaya istinadla bildirir ki, hadisə 2021-ci il yanvarın 24-də baş verib. 23 yaşlı Ayeşa Başarat COVID-19-dan ölən 83 yaşlı qadının kartını palatada tapıb.

Xəstə öldükdən 17 dəqiqə sonra tibb bacısı xəstəxananın avtomatından cəmi 1 funt sterlinqə cipsi və digər qəlyanaltılar alıb.

Oğurluq video müşahidə kameralarına düşüb. Sonra tibb bacısı daha 1 funt sterlinqlik başqa bir alış-veriş edib və yenidən kartdan istifadə etməyə çalışanda isə artıq bloklanıb. Polis Başaratı iş yerində həbs edib. 

Oğru, palatada döşəmədə tapdığı xəstənin kartını öz kartı ilə qarışdırdığını iddia edib.

Ancaq araşdırmada kartların rənglərinə görə fərqli olduğunu və onları qarışdırmaöın mümkün olmadığını aşkar edilib.

İyunun 9-da Başarat özünü günahkar hesab edib. Çəhkəmə onun barəsində 5 aylıq şərti həbs qərarı çıxarıb.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1869
avatar

Oxşar yazılar