İyun 3-də koronavirus diaqnozu qoyulmuş xərçəng xəstəsi özünü Dnepdəki xəstəxananın pəncərəsindən atıb.
Lent.az Ukrayna mediasına istinadla bildirir ki, faciə 6 saylı şəhər klinik xəstəxanasında baş verib.
Qadın orada xərəçəngdən və COVID-19-dan müalicə olunurdu. 51 yaşlı qadını sonuncu dəfə iyunun 2-də yerli vaxtla saat 22:00-da sağ görüblər. Bu gün səhər saatlarında isə tibb bacısı xəstəni yataqda tapmayıb.
“Bundan sonra onu şöbədə axtarmağa gedib, amma tapmayıb. Palataya qayıdıb pəncərədən baxanda 2-ci və 3-cü mərtəbələr arasında damda həyat əlamətləri olmayan bir xəstə tapıb”, - xəbərdə bildirilir.
Tibb bacısı dərhal intihar edən qadının oğluna xəbər verib.