Moskvada yeniyetmə qız diş fırçasını udub.
Lent.az Rusiya KİV-ə istinadla xəbər verir ki, həkimlər təsadüfən diş fırçasını udmuş məktəbli qızı xilas ediblər. Məlumata görə, 14 yaşlı qız kökəlməkdən qorxduğu üçün yemək yedikdən sonra diş fırçası ilə qusub.
Növbəti yeməkdən sonra 14 yaşlı qız qusmaq üçün diş fırçasını ağzına qoyub və təsadüfən diş fırçasını udub.
Müayinə zamanı mütəxəssislər yad cismin yeniyetmənin mədəsində olduğuna əmin olublar. Həkimlər diş fırçasını çıxarmaq və uşağın həyatını xilas etmək üçün endoskopik üsula müraciət etməli olublar.