Bakıda ölümlə nəticələnən yol qəzası olub.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, iyulun 1-də Buzovna qəsəbəsində İlham Vəliyevin üzərində zorakılıq əlamətləri görünməyən meyiti yaşadığı evin qarşısında tapılıb.
Bu barədə Xəzər rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsinə məlumat daxil olub.
Araşdırmalarla onun Bakı şəhər sakini S.Hacıyevin idarə etdiyi “Mercedes” markalı avtomobillə vurulması müəyyən edilib.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində S.Hacıyev saxlanılıb.