Moskvada kişi özünü yandırıb.
Lent.az Rusiya mediasına istinadla bildirir ki, hadisə Maryinoda yerləşən "Qızıl əsr" restoranında baş verib.
65 yaşlı kişi Marşal Qolovanov küçəsində yerləşən müəssisəyə daxil olaraq yanan məhlulla özünü yandırıb. 5 kvadratmetr sahədə yanğın baş verib.
Hadisə yerinə gələn yanğınsöndürənlər yanğını söndürüblər. Adam sağ qalıb. İkinci və üçüncü dərəcəli yanıq xəsarətləri ilə o, paytaxt klinikalarından birinin reanimasiya şöbəsinə yerləşdirilib.