2024-cü ilin dekabr ayında Bavariyada Dirk Q. adlı bir kişi arvadını pizza ilə zəhərləməyə cəhd edib. Bunu etməzdən əvvəl o, internetdə "Dəfn xərcləri vergilərdən çıxıla bilərmi?" sualına cavab axtarıb.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, sonra o, dondurulmuş pizzanın üzərinə mavi akonit zəhəri əlavə edib, yenidən qızdırıb ailəsinə təqdim edib. Dirk Q. qətlə cəhd etdiyinə görə 11 il 4 ay həbs cəzasına məhkum edilib. Bamberq məhkəməsində keçirilən prosesdə təqsirləndirilən şəxs "canavar" kimi davrandığını etiraf edib.
İnsult və ailə problemlərindən sonra o, boşanmadan tailandlı məşuqəsi ilə yeni bir həyata başlamaq istəyib və buna görə də arvadının yeməyinə müxtəlif zəhərlər qarışdırırıb.
İstintaq və məhkəmə prosesi nəticəsində məlum olub ki, o, sonradan yeni partnyoru ilə əl-ələ tutaraq qəbiristanlıqda rahat gəzə bilmək üçün arvadını aradan götürmək niyyətində olub. Pizza hadisəsindən əvvəl Dirk Q.nin arvadı artıq bir neçə dəfə xəstəxanaya yerləşdirilib və hətta kardiostimulyator alıb; həkimlər zəhərlənmədən şübhələnməyiblər və onun xəstəliklərinin başqa səbəblərini axtarıblar.
Pizzanı yeyən qadın və oğlu xilasedicilərin vaxtında köməyi sayəsində sağ qalıblar. Bundan sonra Dirk Q. avtomobilinə bir paket zəhərli toxum ataraq günahı oğlunun üzərinə atmağa çalışıb və sonra məşuqəsi ilə birlikdə Fransanın cənubuna qaçıb və orada tutulub.
Zərərçəkmişin cavabı olduqca səxavətli olub. Onun xahişi ilə vəkil Yohen Kaller qanuni olaraq ömürlük həbs cəzası tələbindən imtina edib: "O, sənin məhv edilməyini deyil, cəzalandırılmağını istəyir".