Moskvanın mərkəzində, metronun "Lubyanka" stansiyası yaxınlığındakı kilsədə gənc qız qarət edilib.
Lent.az Rusiya mediasına istinadla bildirir ki, şəhər sakini olan qadın səhər işdən əvvəl kilsəyə gedib. Bu zaman onun üzərində telefon, qulaqlıq, sənədlər və pul olan çantası oğurlanıb. Zərərçəkmiş itkini hadisədən cəmi bir saat sonra hiss edib.
Polis faktla bağlı şübhəli bilinən küçədə yaşayan 61 yaşlı qadını saxlayıb.