İraqın Kərbəla şəhərində ziyarətdə olan daha bir Azərbaycan vətəndaşı vəfat edib.
Lent.az xəbər verir ki, bu barədə onun yaxınları sosial şəbəkələrdə bildiriblər.
Qeyd olunub ki, Bakı şəhər, Sabunçu rayon sakini Dəyanət Qurbanı bu gün Kərbəlada dünyasını dəyişib.
Xatırladaq ki, bundan əvvəl 2 azərbaycanlının Kərbəla ziyarətində ölməsi ilə bağlı xəbər vermişdik.