Astarada ölümlə nəticələnən yol qəzası olub.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, hadisə iyunun 14-də saat 23 radələrində Astara rayonunun Şahağacı kəndi ərazisində qeydə alınıb. Hələlik müəyyən edilməmiş avtomobillə kənd sakini Mahir Həsənov vurulub və o, aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Piyadanın ölümü ilə nəticələnmiş yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən yayınan sürücünün müəyyən edilərək saxlanılması istiqamətində Astara rayon Polis Şöbəsi tərəfindən zəruri əməliyyat-axtarış tədbirləri davam etdirilir.