Noyabr ayının 24- də Şəmkir rayonu, Yenihəyat kənd sakini 38 yaşlı Nurlan Məhərov şəxsi münasibətlər zəminində qohumu və həmkəndlisi, 36 yaşlı Elsevər Məsimova xuliqanlıq niyyəti ilə ov tüfəngindən atəş açsa da, sonuncu heç bir xəsarət almayıb.
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov Lent.az-a bildirib ki,
hadisə yerindən yayınan N. Məhərov Şəmkir rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində maddi sübutla birlikdə saxlanılaraq istintaqa təhvil verilib.
Fakla bağlı rayon Polis Şöbəsində cinayət işi başlanıb araşdırmalar davam etdirilir