Kənddə iki "Jiquli" toqquşdu, ölən var -  YENİLƏNİB
10 iyul 2021 19:59 (UTC +04:00)

Kənddə iki "Jiquli" toqquşdu, ölən var - YENİLƏNİB

Bərdədə baş verən yol qəzasında ölən və xəsarət alanların kimliyi məlum olub.

Lent.az APA-ya istinadla xəbər verir ki, qəza zamanı sərnişinlərdən Tanrıverdi Hacıyev ölüb, Bərdə rayon sakinləri - 30 yaşlı Qarayev Rüfət Əbülfət oğlu və 31 yaşlı İsmayılov İlkin Şahin oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

***

18:41

Bərdədə 2 minik maşını toqquşub.

Lent/az APA-ya istinadla bildirir ki, hadisə rayonun Qaradəmirçi kəndi ərazisində baş verib. “VAZ 2106” və “VAZ 2107” markalı avtomobillərin toqquşması nəticəsində 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb. Xəsarət alanlar Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hadisə yerinə FHN-in xilasediciləri də cəlb olunub.

Faktla bağlı araşdırma aparılır, ölən və xəsarət alanların kimliyi araşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2700

Oxşar yazılar