Kəlbəcərdə dağ keçilərinin ölümü ilə bağlı araşdırma BAŞLADI  - VİDEO
28 avqust 2024 10:57 (UTC +04:00)

Kəlbəcərdə dağ keçilərinin ölümü ilə bağlı araşdırma BAŞLADI - VİDEO

Sosial şəbəkələrdə Kəlbəcər rayonunda dağ keçilərinin öldürülərək cəsədlərinin yola atılması barədə görüntülər yayılıb.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Gəncə regional qrupundan Lent.az-a verilən xəbərə görə, sözügedən görüntü ilə bağlı Kəlbəcər rayon Polis Şöbəsində müvafiq araşdırma başlanılıb. İlkin baxış zamanı ərazidə hər hansı bir ov izi aşkarlanmayıb. Müvafiq ekspertiza təyin olunub, ekspertizanın rəyindən sonra heyvanların hansı səbəbdən tələf olması məlum olacaq.

"Kəlbəcər rayonunda dağ keçilərinin vurulması ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülər Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidməti və Daxili İşlər Nazirliyinin Kəlbəcər rayon Polis şöbəsinin əməkdaşları tərəfindən yerində araşdırılır".

Lent.az xəbər verir ki, bunu Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəis müavini Bəhruz Məhəmmədov bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2388
avatar

Oxşar yazılar