Kəlbəcər sakininə polisdə təzyiq edilib? - RƏSMİ AÇIQLAMA
04 sentyabr 2024 19:25 (UTC +04:00)

Kəlbəcər sakininə polisdə təzyiq edilib? - RƏSMİ AÇIQLAMA

Bəzi sosial şəbəkələrdə Kəlbəcər rayon sakininin Gəncə şəhərində əsassız olaraq saxlanılaraq polis şöbəsinə aparılması, ona qarşı təzyiqlər göstərilməsi və bağlı əsassız xəbərlər dərc olunub.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov Lent.az-a bildirib ki, avqustun 28-də axşam saatlarında Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları inzibati ərazilərində xidmət apararkən “Niva” markalı avtomobil qayda pozuntusuna görə saxlanılıb:

“Sürücünün sərxoş olması barədə şübhələr olduğundan onun alkotester vasitəsi ilə sərxoşluq müayinəsindən keçirilməsi tələb olunub. Lakin sürücü Ruslan Nağıyev və sərnişin İntiqam Salahov polisin qanuni tələblərinə tabesizlik göstəriblər, hərəkətlərinə görə barələrində olan inzibati tənbeh tədbirindən yayınmağa çalışıblar.

Hər iki şəxs saxlanılaraq Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsinə gətirilib və barələrində protokol tərtib olunaraq məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə sürücü 8 sutka inzibati qaydada həbs edilib, İntiqam Salahov barəsində isə cərimə növündə inzibati tənbeh növü seçilib.

Həmin şəxslərin döyülməsi ilə bağlı iddialar isə həqiqəti əks etdirmir. Onu da qeyd edim ki, iddialarla bağlı İntiqam Salahov aidiyyəti üzrə digər qurumlara da müraciət edib, hazırda araşdırma aparılır”, - E.Qasımov vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2736
avatar

Oxşar yazılar