Keçmiş məhkumun torpağa basdırdığı silah tapıldı
30 mart 2023 10:55 (UTC +04:00)

Keçmiş məhkumun torpağa basdırdığı silah tapıldı

0

Sabunçu rayon Polis İdarəsi və 42-ci Polis Bölməsi əməkdaşlarının  keçirdikləri əməliyyat tədbiri nəticəsində qanunsuz odlu silah saxlamaqda şübhəli bilinən Nardaran qəsəbə sakini, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Əbdüləli Əbdülov saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, araşdırmalarla onun odlu silahı torpağa basdıraraq gizlətdiyi müəyyən olunub. 

Davam etdirilən tədbirlərlə polis əməkdaşları onun qəsəbə ərazisindəki Ləhic bağlarında torpağa basdıraraq gizlətdiyi nömrəsi silinmiş “AKMS” markalı avtomat silahı və içərisində 23 ədəd patron olan daraq aşkar olunaraq götürüb. 

Faktla bağlı Cinayət Məcəlləsinin 228.1-ci (Qanunsuz odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddəsi ilə cinayət işi başlanılıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1600

Oxşar yazılar