Keçmiş məhkumdan 5 kilodan çox heroin tapıldı
09 iyul 2021 12:49 (UTC +04:00)

Keçmiş məhkumdan 5 kilodan çox heroin tapıldı

Astarada narkotik alverçisi saxlanılıb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsinin əməkdaşları daxil olmuş məlumat əsasında əməliyyat-axtarış tədbirləri keçiriblər. Nəticədə Astara rayonu ərazisində Sim kəndinin dağlıq və meşəlik ərazisində kənd sakini, əvvəllər məhkum olunmuş Ş.Fətullayevin gizlətdiyi 5 kiloqram 385 qram heroin aşkar edilərək götürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1272
avatar

Mehman Nəbiyev

Oxşar yazılar