Keçmiş həyat yoldaşını  borca görə   yandırdı -  FOTO
13 yanvar 2022 17:51 (UTC +04:00)

Keçmiş həyat yoldaşını borca görə yandırdı - FOTO

Türkiyənin Ordu bölgəsində dəhşətli hadisə baş verib. 

Lent.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, Erkan Emiroğlu bir müddət əvvəl boşandığı Elvan Sözkesenin yaşadığı evə gedərək onun üzərinə yandırıcı maddə töküb. 

Tərəflər arasında mübahisə yarandıqdan sonra Sözkesen qaçmağa çalışıb. Emiroğlu isə qapının yanında olan yandırıcı gel ilə qadını yandırıb. Qadının səsinə gələn qonşular dərhal polisə və təcili yardıma xəbər veriblər. Sözkesen 2-ci dərəcəli yanıq xəsarəti ilə xəstəxanaya köçürülüb. 

Həbs olunan Erkan Emiroğlu ifadəsində deyib: “Borc verdiyim pulu geri qaytarmadı. Buna görə də aramızda mübahisə yarandı”. 

Qeyd edək ki, onların 2 övladı var və hadisə zamanı uşaqlar məktəbdə olublar. 


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3318
avatar

Sevinc Fərid

Oxşar yazılar