Bakıda karantin qaydalarını pozan restoran daha bir neçə türk müğənnisini Azərbaycana gətirəcək.
Lent.az xəbər verir ki, söhbət ötən həftənin şənbə günü Mustafa Cecəlinin konsert verdiyi və karantin qaydalarının kobud şəkildə pozulduğu “İstanbul Meyhane Bilgeh” restoranından gedir. Belə ki, adıçəkilən məşhur restoranda Mustafa Cecəlinin konserti zamanı yolverilən pozuntular sosial şəbəkə istifadəçilərinin sərt təpkisinə səbəb olmuşdu.
Hadisə o qədər böyüdü ki, hətta Daxili İşlər Nazirliyi məsələyə qarşışdı. Bildirildi ki, karantin qaydalarını pozduğu üçün həmin restoranın sahibi 4 min manat cərimələnib. Bundan başqa, Nazirlər Kabineti yanında Operativ Qərargah təkcə “İstanbul Meyhane Bilgeh” restoranına deyil, ümumən xaricdən müğənni dəvət edən bütün obyekt sahiblərinə xəbərdarlıq etdi.
Ancaq adını qeyd etdiyimiz restoranın sosial şəbəkə hesablarına baxanda vəziyyətin tam əksini görürük. Elan paylaşımlarına əsasən deyə bilərik ki, “İstanbul Meyhane Bilgeh” restoranı iyun-iyul ayları üçün xarici müğənnilərlə konsertlər planlaşdırıb. Dəvət olunanlar arasında Alişan, Cem Belevi, İrem Derici, Buray və Rafet El Roman kimi məşhur türk müğənniləri də var. Restoran hətta bu axşam daha bir türk müğənnisi - Arda Alpsanın iştirakı ilə keçiriləcək konsertlə bağlı paylaşım da edib.
"İstanbul Meyhane Bilgeh" restoranın konsert elanı
"İstanbul Meyhane Bilgeh" restoranın konsert elanı