Azərbaycanda 2 rayon və 1 şəhərə yeni prokurorlar təyin olunub.
Lent.az-ın əldə etdiyi məlumata görə, Baş Prokuror Kamran Əliyev bununla bağlı müvafiq əmr imzalayıb.
Əmrə əsasən ədliyyə müşaviri Fuad Məmmədov paytaxtın Binəqədi rayonuna yeni prokuror təyin edilib.
Baş prokurorun digər əmri ilə ədliyyə müşavirləri Rahim Səfəralıyev Xızı rayonuna, Kamal Talıbov isə Şirvan şəhərinə prokuror təyinatı alıblar.
Baş Prokurorluğun mətbuat xidmətindən Lent.az-a faktı təsdiqləyiblər.