Kamil Zeynallıya qarşı 20 min manatlıq DƏLƏDUZLUQ
21 avqust 2023 17:00 (UTC +04:00)

Kamil Zeynallıya qarşı 20 min manatlıq DƏLƏDUZLUQ

Bakı Ağır Cinayətlər Məhkəməsində tanınmış idmançı Kamil Zeynallı və başqalarına qarşı dələduzluq etməkdə təqsirləndirilən Emil Ağayevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Lent.az-ın xəbərinə görə, hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə Kamil Zeynallı zərərçəkmiş şəxs qismində iştirak edib. 

Prosesdə ittiham aktı elan olunub.

İttihamda göstərilib ki, təqsirləndirilən şəxs Emil Ağayev Ceyhun Baloğlanovdan 58 min manat, idmançı Kamil Zeynallının etibarından sui-istifadə edərək ona 20 min manatını mənimsəyib. Təqsirləndirilən şəxs eyni üsulla Vasif Yusifova 53 min manat dələduzluq edib. İş üzrə ümumilikdə E. Ağayev 7 nəfərə qarşı 300 min manat dələduzluq edib. E. Ağayev zərərçəkmişlərə ev tikmək adı ilə söz versə də, sonradan yığılan məbləği mənimsəyib.

Növbəti proses sentyabrın 25-nə təyin edilib. 

Qeyd edək ki, Emil Ağayev Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə təqsirləndirilir. Onun ev tikintisi ilə məşğul olduğu bildirilir. Təqsirləndirilən şəxs ümumilikdə 300 min manatdan çox pul vəsaitini dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3982

Oxşar yazılar

Sumqayıtda kişi meyiti tapıldı

Sumqayıtda kişi meyiti tapıldı

21 iyun 2025 , 22:46
Cəlilabadda ağır qəza, bir nəfər öldü

Cəlilabadda ağır qəza, bir nəfər öldü

21 iyun 2025 , 20:12
DTX-nın saxladığı  icra başçısı  həbs olundu

DTX-nın saxladığı icra başçısı həbs olundu

21 iyun 2025 , 20:05
Hacıqabulda TIR aşdı,  türkmənistanlı sürücü öldü

Hacıqabulda TIR aşdı, türkmənistanlı sürücü öldü

21 iyun 2025 , 19:47
Dünən itkin düşən 9 nəfər  tapıldı

Dünən itkin düşən 9 nəfər tapıldı

21 iyun 2025 , 17:42
Polisi şoka salan TAPINTI - 7 qramı 70 milyon dollardır

Polisi şoka salan TAPINTI - 7 qramı 70 milyon dollardır

21 iyun 2025 , 16:42
Bakıda mikroavtobusla avtobus toqquşdu

Bakıda mikroavtobusla avtobus toqquşdu

21 iyun 2025 , 16:31
Mikroavtobus minik maşını ilə toqquşdu: 4 nəfər yaralandı - YENİLƏNİB

Mikroavtobus minik maşını ilə toqquşdu: 4 nəfər yaralandı - YENİLƏNİB

21 iyun 2025 , 15:52